Rusiya prezidenti Vladimir Putin xüsusi köməkçisi Anatoli Çubaysı istefaya göndərib.
Bizim.Media “ura.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin Çubaysın prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb”, – Peskov konfrans zamanı deyib.
Qeyd edək ki, Çubaysın martın 23-də Rusiyanı tərk etməsi ilə bağlı xəbərlər yayılmışdı.
Məlumat üçün bildirək ki, Anatoli Çubays müasir Rusiya iqtisadiyyatının əsas qurucularından biri hesab olunur.
Bizim.Media