Rusiya hərbi qüvvələri tərəfindən mühasirəyə alınan Ukraynanın Mariupol şəhərindəki teatrın bombalanması nəticəsində 300 nəfərin öldüyü ehtimal edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası teleqram kanalında məlumat yayıb.
“Şahidlərin verdiyi məlumata görə, Mariupol Dram Teatrında Rusiya təyyarəsinin bombardmanı nəticəsində 300-ə yaxın adam həlak olub”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, martın 16-da Rusiya Silahli Qüvvələri tərəfindən Mariupolda Dram Teatrına hava zərbələri endirilib.
Bizim.Media