Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"

Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Dünən saat 10-dan 17-dək məni Gürcüstanın hava limanında saxladılar. Mənimlə düşməncəsinə davrandılar, su və çay içməyə belə icazə vermədilər. Bu müddət ərzində heç kimə zəng edə, heç kimlə danışa bilmədim. Hətta hərəkət etməyin də qadağan olduğunu dedilər".

Bizim.Media xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında ötən gün Gürcüstanın hava limanında saxlanılan Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov deyib.

Bildirib ki, saxlanılmasının səbəbi barədə ona heç bir məlumat verilməyib:

"Köməkçim Sahib Şirinov onlara bildirdi ki, mən Azərbaycanın Milli Qəhrəmanıyam və saxlanılmağımın səbəbi göstərilməlidir. Lakin heç bir səbəb açıqlamırdılar. Deyirdilər ki, Gürcüstana daxil olmağım mənim üçün təhlükəlidir. Onlardan soruşdum ki, hansı təhlükədən söhbət gedir? Cavab vermədilər. Saatlarla məni orada saxladıqdan sonra gəlib dedilər ki, Azərbaycana reys var, təyyarəyə min və geri qayıt. Gürcüstana keçmə, təhlükə var. Yenə soruşdum ki, təhlükə dedikdə nəyi nəzərdə tutursunuz? Susdular".

İbad Hüseynovun sözlərinə görə, bundan sonra Azərbaycanın Gürcüstandakı səfirliyindən kömək istəyib. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin göstərişi ilə konsul Röyal Paşayev hava limanına göndərilib.

Milli Qəhrəman bildirib ki, görülən tədbirlər nəticəsində Gürcüstana giriş məsələsi həllini tapıb:

 

"Hazırda səfirliyimizin qoruması altındayam. Azərbaycana qayıdan kimi Gürcüstanda məni saxlayanları məhkəməyə verəcəyəm. Sabah axşamüstü Azərbaycana qayıdacağam".

 

İbad Hüseynov Gürcüstana dəvət əsasında tədbirdə iştirak etmək üçün getdiyini də qeyd edib.

Onun sözlərinə görə, "Vətənpərvərlik nümunəsi İbad Hüseynov - Azərbaycan-Gürcüstan dostluğu" adlı tədbirin keçirilməsi nəzərdə tutulub.

Tədbirin məqsədi qəhrəmanlıq nümunəsini təbliğ etmək, Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evi xoş qoxulu saxlamaq üçün sadə üsul – Cəmi bir neçə saniyə çəkir

Evi xoş qoxulu saxlamaq üçün sadə üsul – Cəmi bir neçə saniyə çəkir

Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq

Sabah gözlənilmədən pul gələ bilər: Bir BÜRCÜN varlanmaq şansı olacaq

Sabah gözlənilmədən pul gələ bilər: Bir BÜRCÜN varlanmaq şansı olacaq

Bill Qeytsdən süni intellektlə bağlı XƏBƏRDARLIQ

Bill Qeytsdən süni intellektlə bağlı XƏBƏRDARLIQ

Vazkeçilməz qadın olmağın sadə yolları

Vazkeçilməz qadın olmağın sadə yolları

İtalyan hiyləsi: payızda paltarları necə tez qurutmaq olar

İtalyan hiyləsi: payızda paltarları necə tez qurutmaq olar

Xəstəxanaya yerləşdirilən Naibə Allahverdiyevanın SON DURUMU

Xəstəxanaya yerləşdirilən Naibə Allahverdiyevanın SON DURUMU

Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub

Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub

Altı il öncə bu gün – 24 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 24 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"

Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"

Nüşabə Ələsgərli alim olduğunu açıqladı - VİDEO

Nüşabə Ələsgərli alim olduğunu açıqladı - VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi davanın TƏFƏRRÜATI

Bakıda ölümlə nəticələnən kütləvi davanın TƏFƏRRÜATI

Təyyarələr havada toqquşdu – Ölənlər var – ANBAAN VİDEO

Təyyarələr havada toqquşdu – Ölənlər var – ANBAAN VİDEO

İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?

İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?

Zelenski: “Putindən fərqli olaraq mən Trampla oyun oynamıram” – VİDEO

Zelenski: “Putindən fərqli olaraq mən Trampla oyun oynamıram” – VİDEO

Tramp müsəlman namizədi yaraşıqlı olduğu üçün qısqanır? – ABŞ rəhbərindən şübhəli ittihamlar

Tramp müsəlman namizədi yaraşıqlı olduğu üçün qısqanır? – ABŞ rəhbərindən şübhəli ittihamlar

Xırdalan və Masazıra yeni metro stansiyaları çəkiləcək? - AÇIQLAMA

Xırdalan və Masazıra yeni metro stansiyaları çəkiləcək? - AÇIQLAMA

Ölüm xəbəri yayılan Kim Çen İn Çinə getdi

Ölüm xəbəri yayılan Kim Çen İn Çinə getdi

Azərbaycan türkcəsində təhsil tələbi İranda yenidən səsləndi – Bu dəfə stadionda – VİDEO

Azərbaycan türkcəsində təhsil tələbi İranda yenidən səsləndi – Bu dəfə stadionda – VİDEO

“Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı

“Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı

Hitlerin “Qartal yuvası” külə döndü – FOTO

Hitlerin “Qartal yuvası” külə döndü – FOTO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Zaqatalada evlərə qənim kəsilən şəxs saxlanıldı – VİDEO

Zaqatalada evlərə qənim kəsilən şəxs saxlanıldı – VİDEO

End of content

No more pages to load

RADİO