ABŞ Kremlin mətbuat katibi Dmitri Peskova və ailəsinə sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirilən brifinqdə bildirib.
“Biz qondarma Donetsk və Luqansk xalq respublikalarının tanınması cəhdlərinə rəhbərlik edən Rusiya Federasiyası Dövlət Dumasının 12 deputatına, o cümlədən Kremlin sözçüsü Dmitri Peskov və onun ailəsinə qarşı sanksiyalar tətbiq edirik”, - deyə Prays qeyd edib.
Bizim.Media
