Taksilərin ən bahalı olduğu şəhərlər

Taksilərin ən bahalı olduğu şəhərlər
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın paytaxtı Paris anti-reytinqdə birinci yeri tutub.

Məşhur turizm məkanlarında taksi qiymətlərinin adi haldan daha yüksək olduğu heç kimə sirr deyil. 

Bizim.Media xəbər verir ki, sığorta şirkəti ChoiceQuote tərəfindən aparılan yeni araşdırma, dünyada ən yüksək və ən aşağı taksi qiymətlərinə malik şəhərləri müəyyən edib.
 

Məlum olur ki, taksi xidmətləri ən bahalısı Parisdədir - Fransa paytaxtında beş mil məsafəli səyahətin (təxminən 8 kilometr) orta qiyməti 7,5 faiz çaypulu (çaypulu hesabdan əlavə olaraq otellərin, iaşə müəssisələrinin, bərbərlərin, taksi sürücülərinin və s. xidmət personalına könüllü olaraq verilən pul məbləği - "çay pulu kimi" - red.) da daxil olmaqla 29,12 funt sterlinq təşkil edir.


Anti-reytinqdə ikinci yeri 27.96 funt sterlinq ilə Böyük Britaniyanın paytaxtı London, üçüncü yeri isə orta taksi xidmətinin 24.57 funt sterlinq olduğu İtaliyanın ikinci ən böyük şəhəri Milan tutub.

Bu arada, Yaponiyanın üçüncü ən böyük şəhəri Osaka 8 kilometrlik taksi səfərinin qiyməti 24,06 funt sterlinq ilə dördüncü yerdə qərarlaşıb. Hollandiyanın paytaxtı Amsterdam isə orta hesabla təxminən 24 funt sterlinq qiymətlə ilk beşliyi tamamlayıb.

Taksi xidmətləri üçün ən ucuz şəhərlərə gəldikdə, Hindistanın ikinci ən böyük şəhəri Dehli orta hesabla 8 kilometrlik səyahət və 12,5 faiz çaypulu 2,06 funt sterlinq ilə birinci yerdə qərarlaşıb.

Misirin paytaxtı Qahirə 2.31 funt sterlinq taksi gediş haqqı ilə ikinci yerdə qərarlaşıb. Çaypulun verilməsi gözlənilmir və İndoneziyanın Bali adasının ən böyük şəhəri olan Denpasar orta hesabla 2.41 funt sterlinq  ilə üçüncü yerdə qərarlaşıb.

Hindistanın digər şəhəri olan Aqra orta hesabla 3.74 funt sterlinq  gediş haqqı ilə qiymət baxımından dördüncü yerdə qərarlaşıb. Onu Çinin ən çox əhalisi olan şəhəri Şanxay 4.14 funt sterlinq gediş haqqı ilə izləyir.
 

Eyni zamanda, ChoiceQuote araşdırması göstərib ki, tədqiq olunan yerlərin 86 faizində çaypulu məcburidir. Gözlənildiyi kimi, əlavə sürücülük haqqı üçün ən yüksək gözləntilər ABŞ-dadır - 17,5 faiz.


Sonrakı yer taksi sürücülərinin sərnişinlərdən 15 faiz çaypulu qoymasını gözlədiyi Cənubi Afrikadır.

Bu arada, Hindistan, Yunanıstan və Meksikada 12,5% çaypulu gözlənilir; Misir, Xorvatiya və Birləşmiş Krallıqda bu göstərici 10 faiz, Vyetnam, Türkiyə, Çexiya, İtaliya, Almaniya və Fransada isə 7,5 faiz təşkil edir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ehtiram Əliyev xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır

Ehtiram Əliyev xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır

5 bürc üçün uğurlu dövr başlayır

5 bürc üçün uğurlu dövr başlayır

Piyadaların düşdüyü ağır QƏZALAR – ANBAAN VİDEO

Piyadaların düşdüyü ağır QƏZALAR – ANBAAN VİDEO

Dəmir yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ

Dəmir yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ

Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik

Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik

Reza Deqati Parisdəki etiraz aksiyalarında XƏSARƏT ALIB

Reza Deqati Parisdəki etiraz aksiyalarında XƏSARƏT ALIB

Bu ərazidə evlərin qiyməti kəskin ucuzlaşdı

Bu ərazidə evlərin qiyməti kəskin ucuzlaşdı

Robert Köçəryanın oğlunun həbs müddəti UZADILDI

Robert Köçəryanın oğlunun həbs müddəti UZADILDI

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Çingiz Əhmədov: "O içkiyə görə çox kökəldim"

Çingiz Əhmədov: "O içkiyə görə çox kökəldim"

Arsen Venger Bakıya gəldi – FOTO

Arsen Venger Bakıya gəldi – FOTO

Çay ürəyin dərmanı imiş - Bir şərtlə...

Çay ürəyin dərmanı imiş - Bir şərtlə...

Ukrayna təyyarəsi Yaponiya hava limanında yandı – FOTO/VİDEO

Ukrayna təyyarəsi Yaponiya hava limanında yandı – FOTO/VİDEO

Qubada yarım milyonluq KORRUPSİYA ƏMƏLİYYATI – Vəzifəli şəxslər HƏBS OLUNDU

Qubada yarım milyonluq KORRUPSİYA ƏMƏLİYYATI – Vəzifəli şəxslər HƏBS OLUNDU

Cəriməni gecikdirməyin bədəli - 40-50 manata görə 6 ay təpik döyəcəklər

Cəriməni gecikdirməyin bədəli - 40-50 manata görə 6 ay təpik döyəcəklər

Gələn il bütün şəhər və rayonlar xərclərini ÖZLƏRİ QARŞILAYACAQ

Gələn il bütün şəhər və rayonlar xərclərini ÖZLƏRİ QARŞILAYACAQ

Albaniya parlamentində əlbəyaxa dava – VİDEO

Albaniya parlamentində əlbəyaxa dava – VİDEO

Masazırda gölün ətrafında tikilən evləri su basıb: 200-dən çox sakin evini tərk edib – Video

Masazırda gölün ətrafında tikilən evləri su basıb: 200-dən çox sakin evini tərk edib – Video

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...

Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...

Gəncədə iki məhkum arasında mübahisə QANLA BİTDİ

Gəncədə iki məhkum arasında mübahisə QANLA BİTDİ

Taksilərin ən bahalı olduğu şəhərlər

Taksilərin ən bahalı olduğu şəhərlər

Mis kəskin ucuzlaşdı

Mis kəskin ucuzlaşdı

End of content

No more pages to load

RADİO