Ukraynada dünyanın 52 ölkəsinin nümayəndəsi döyüşür.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
“Bunlar Polşa, Baltikyanı və Skandinaviya ölkələrindən, Böyük Britaniyadan və Amerikadan olan hərbçilərdir.
Könüllülər Rusiyaya qarşı döyüşmək üçün Beynəlxalq Legionun sıralarına qoşulublar. Hüquqi məsələlər həll edildikdən sonra əcnəbi hərbçilərə texnika və silahlar verilir. Daha sonra legionerlər xüsusi hazırlıq keçir, sonra isə hərbi hissələr formalaşdırılır” – deyə Malyar qeyd edib.
Bizim.Media