ABŞ Rusiyadan araq, brilyant və dəniz məhsulları idxalına qadağa qoyub.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezident Co Bayden deyib.
“Biz həmçinin Rusiya iqtisadiyyatının bir sıra mühüm sektorlarından, o cümlədən dəniz məhsulları, araq və almazdan idxalı qadağan etmək üçün addımlar atırıq”, - C.Bayden vurğulayıb.
Bu qadağanın Rusiyanı 1 milyard dollardan çox gəlirdən məhrum edəcəyi deyilir.
Bizim.Media