Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna Silahlı Qüvvələrinin Belarusa hücuma hazırlaşdığını bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “russian.rt.com” saytında yerləşdirilib.
O, Putinlə danışıqlara xəritə gətirdiyini və “Belarusa hücumun harada hazırlandığını” göstərmək niyyətində olduğunu deyib.
“Əməliyyatdan altı saat əvvəl mövqelərinə qabaqlayıcı zərbə endirilməsəydi (dörd mövqe, indi sizə göstərəcəyəm, xəritə gətirmişəm), o zaman bizim təlimdə olan qoşunlarımıza (Belarus və Rusiyaya) hücum edəcəkdilər”, - Lukaşenko vurğulayıb.
Bizim.Media