Rusiya Prezidenti Vladimir Putinlə həmkarı Volodimir Zelenski arasında görüş keçirilməsi istisna edilmir.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
“Bəli, bu mümkündür. Lakin görüş nəticə üçün olmalıdır. Bundan ötrü isə həm nümayəndə heyətləri, həm də nazirlər öhdəliklərini yerinə yetirməlidirlər”, - deyə Peskov qeyd edib.
Bizim.Media