Ötən ilin sentyabr ayında ayrıldıqlarını açıqlayan İlon Maskla keçmiş sevgilisi kanadalı müğənni Qrayms ikinci dəfə valideyn olub.
Bizim.Media xəbər verir ki, cütlüyün surroqat ana vasitəsilə qız övladı dünyaya gəlib və uşağa Exa Dark Siderel Mask adı verilib.
Qrayms "Vanity Fair"ə verdiyi yeni müsahibədə hazırda İlon Maskla ayrı yaşasalar da birlikdə olduqlarını söyləyib.
Qeyd edək ki, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Maskla sevgilisinin X Æ A-Xii adlı bir oğlu da var.
Bizim.Media