Vladimir Putin sülh danışıqlarına yalnız Donbasın hələlik nəzarət edə bilmədiyi 11%-lik hissəsinin Rusiyaya verilməsi şərtilə qayıtmağa hazırdır.
Bizim.Media xəbər verir ki, bunu Kremlə yaxın mənbə "Reuters" agentliyinə bildirib.
Mənbənin sözlərinə görə, Rusiya prezidenti yalnız bu əraziləri ələ keçirdikdən sonra baş verənləri ölkə daxilində öz "qələbəsi" kimi təqdim edə biləcək.
Eyni zamanda, agentlik yazır ki, Birləşmiş Ştatlar qalmaqallı dizel sazişi vasitəsilə Kremlin mövqeyini "yumşaltmağa" və onu danışıqlar masasına qaytarmağa çalışır. Keçən cümə günü Mayamidə baş tutan görüşdə ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşner bu planı Ukrayna nümayəndə heyətinə açıqlayıblar.
"İdeya ondan ibarət idi ki, ABŞ Rusiyaya müraciət edərək deyə bilsin:
“Görürsünüz, ukraynalılar zərbələri dayandırdı və biz sizə bu razılaşmanı təmin etdik. İndi növbə sizdədir, siz də addım atmalısınız'", – deyə mənbələrdən biri qeyd edib.
Xəbərdə vurğulanır ki, Mayamidəki görüşdə iştirak edən rəsmilər Vaşinqtonun bu yanaşmasına kifayət qədər şübhə ilə yanaşırlar.

Bizim.Media