ABŞ Senatı Ukraynaya 13,6 milyard dollar yardımın ayrılmasını təsdiqləyib .
Bizim.Media xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb .
Bildirilib ki, təcili yardım paketi, xüsusilə, Ukrayna Silahlı Qüvvələrinə, qaçqınlara yardım göstərir, prezidentin Ukrayna və digər müttəfiq ölkələrə müdafiə avadanlığı ötürmək səlahiyyətlərini artırır.
Qanun layihəsində sanksiyaların tətbiqi də nəzərdə tutulub.
Qeyd edilib ki, sənəd imzalanması üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.
Bizim.Media