Türkiyənin TUSAŞ Motor Sənayesi (TEI) şirkətinin baş direktoru Mahmut Faruk Akşit Pamukkale Universitetində keçirilən konfransda süni intellekt, kibertəhlükəsizlik və ağıllı cihazların yaratdığı risklərlə bağlı mühüm bəyanatlar verib.
Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.
Akşit bildirib ki, ASELSAN, ROKETSAN, HAVELSAN və TEI kimi Türkiyə müdafiə sənayesi nəhəngləri xarici elektrik avtomobillərinin öz ərazisinə girişini qadağan edib.
Buna səbəb həmin nəqliyyat vasitələrində çoxlu kameraların, sensorların olması və proqram təminatının xarici nəzarətdə qalmasıdır.
Yerli elektrik avtomobillərin (TOGG və s.) proqram təminatı və nəzarəti ölkənin daxilində olduğu üçün onların əraziyə daxil olmasına icazə verilir.
Bizim.Media