Rusiyanın Ukrayna şəhərlərinə, xüsusilə Priluk (Çerniqov vilayəti) və Kremençuqa raket hücumları nəticəsində həlak olanların ümumi sayı 28 nəfərə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Prilukdakı faciə: Çerniqov vilayətinin Priluk şəhərində yaşayış binasına dəyən "X-101" raketi nəticəsində aralarında körpələrin və uşaqların da olduğu 20 nəfər həyatını itirib. Qurbanlar arasında bütöv ailələr, o cümlədən dəmiryolçu ailəsi də var. Xilasedicilər dağıntılar altından onlarla sakini sağ çıxarmağa nail olublar.
Kremençuqdakı dağıntılar: Kremençuqda da bir neçə çoxmənzilli bina zədələnib, 2 nəfər ölüb, 47 nəfər yaralanıb. Şəhərdə miqyaslı dağıntılar qeydə alınıb.
Prezident Volodimir Zelenski deyib ki, Putin bu hücumlarla özünə “ad günü hədiyyəsi" edib.
Çerniqov vilayətinin rəhbəri Vyaçeslav Çaus isə Rusiya liderinə qarşı sərt açıqlama verib, onun Haaqa məhkəməsində və ya cəhənnəmdə olmasını arzulayıb.
Kremençuqda oktyabrın 8-i, Prilukda isə üçgünlük matəm elan edilib.





Bizim.Media