İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, Tramp İrana qarşı yanlış addımlar atdığını anlayıb və onun kimi, İsrailin Baş naziri Benyamin Netanyahu da sağ qurtula bilməyəcək.
Bizim.Media "Fars" agentliyinə istinadən xəbər verir ki, Rezai ABŞ-nin İranla bacara bilmədiyini vurğulayıb.
"Biz sübut etdik ki, Amerika İranla bacara bilmədi və gələcəkdə 2 rəqib gücü ilə müharibədə də ciddi problemlərlə üzləşəcək", - iranlı general vurğulayıb.
Bizim.Media