Ukraynanın Poltava vilayətində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Baş Xüsusi Nəzarət Mərkəzinin məlumatına görə, zəlzələ sentyabrın 22-də Poltava rayonunun Maçuxi yaşayış məskənində baş verib.
Zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib.
Mərkəz zəlzələnin Rixter şkalası üzrə 4,2 bal gücündə olduğunu və təsnifata əsasən “güclü mülayim” kateqoriyasına aid edildiyini bildirib.
Bizim.Media