“28 May” - “İçərişəhər” xəttində yeni nəsil qatarların sayı niyə azdır?

Bakı metrosunda “28 May”dan “İçərişəhər” istiqamətinə yeni nəsil qatarların ardıcıl buraxılmamasının səbəbi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən istiqamətdə mövcud elektrik yarımstansiyalarının imkanları yeni nəsil qatarların yaratdığı enerji tələbatını tam ödəməyə imkan vermir.

Bəxtiyar Məmmədov bildirib ki, yeni nəsil qatarların hərəkət sisteminin enerji tələbatı 170 kVt, köhnə nəsil qatarlarda isə maksimum 114 kVt təşkil edir. İki dəqiqəlik hərəkət intervalı da nəzərə alındıqda enerji tələbatı əhəmiyyətli dərəcədə artır.
 
“Hazırda “28 May”dan “İçərişəhər” istiqamətində elektrik yarımstansiyaları köhnə nəsil olduğu və bu tələbatı ödəmədiyi üçün həmin istiqamətdə ardıcıl olaraq yeni nəsil qatarları buraxa bilmirik”, – deyə o qeyd edib.

Bəxtiyar Məmmədov əlavə edib ki, xətlərin ayrılması layihəsi çərçivəsində iki yeni dartı elektrik yarımstansiyasının tikilməsi, mövcud bir yarımstansiyanın isə yenidən qurulması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu işlər həyata keçirildikdən sonra “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayını artırmaq mümkün olacaq. İşlərin yaxın bir il ərzində həyata keçirilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Övladım yoxdur, mirasım onlara qalacaq"

Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama: “Daha tez başa çatacaq”

Bakıda bütün universitetlər distant təhsilə keçir - RƏSMİ

DİN-də işləmək istəyənlər üçün VAKANSİYA

100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı

Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn olacaq

Tramp BMT-də İlham Əliyevdən SİTAT gətirdi

PAYIZ Azərbaycana bu gecə daxil olacaq

PAYIZ Azərbaycana bu gecə daxil olacaq

Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ

İran aviaşirkətlərinin Azərbaycana uçuşları bu gündən dayandırılır – RƏSMİ

Ceyhun Bayramov BMT Baş Assambleyasının Ümumi Debatlarına qatılıb - FOTO

Azərbaycanda bu futbol klubu ləğv edildi

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

İran Hörmüz boğazını AÇA BİLƏR

İran Hörmüz boğazını AÇA BİLƏR

Quterreş: “Heç bir dövlətin “super gücə” malik olmadığı aydın görünür”

Azərbaycan Tsxinvalidəki qondarma "seçkilər"i tanımadı – XİN-dən BƏYANAT

Paşinyan Türkmənistana işgüzar səfər edəcək

Qarşıdakı günlərdə maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Qarşıdakı günlərdə maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

“28 May” - “İçərişəhər” xəttində yeni nəsil qatarların sayı niyə azdır?

“28 May” - “İçərişəhər” xəttində yeni nəsil qatarların sayı niyə azdır?

Uşaqlara paylanan zədəli dərsliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu – FOTO/VİDEO

"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"

Anar Ələkbərovdan “Nəsimi Bağları” ilə bağlı paylaşım – VİDEO

Rabia Soytürk "Teşkilat"dan sonra bu serialda çəkiləcək

End of content

No more pages to load

RADİO