100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, tədbir açıq elan edildikdən sonra Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub.
 

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatə dairəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib.


İlkin müzakirələr zamanı vurğulanıb ki, Bakıda keçirilən beynəlxalq forum xüsusi xidmət və təhlükəsizlik orqanları üçün vacib dialoq platformasıdır. 600-ə yaxın yüksəksəviyyəli nümayəndənin iştirakı qlobal təhlükələrə qarşı Forum çərçivəsində 2023-cü ildən başlanan davamlı dialoqun coğrafi miqyasının genişləndiyini göstərir, milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişafı və birgə həllərin axtarışı üçün geniş imkanlar yaradır. Tərəfdaş qurumların rəhbərlərinin geniş iştirakı Bakı platformasına olan etimadı göstərir və müzakirələrin praktiki əməkdaşlığa çevrilməsi imkanlarını artırır.

Həmçinin qeyd edilib ki, Forum siyasi yanaşmalardakı fərqlərə baxmayaraq, əməkdaşlığı təşviq etməsi, ortaq təhlükələrə qarşı ünsiyyət kanallarının qorunması baxımından əhəmiyyətlidir.

Belə ki, beynəlxalq təhlükəsizlik sistemində transformasiya gedir - terrorçuluq, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiya, narkotik dövriyyəsi və kibercinayətkarlıq halları artır. Transsərhəd çağırışlarla təkbaşına mübarizə aparmaq isə mümkün deyil. Bu səbəbdən etibarlı tərəfdaşlıq vacibdir.
 

Çünki təhlükəsizlik təkcə sərhədlərin qorunması deyil. Enerji, nəqliyyat, bank, su ehtiyatları, rabitə və informasiya məkanı dövlət xidmətlərinin dayanıqlığının mühüm tərkib hissələridir.


Eyni zamanda, diqqətə çatdırılıb ki, kiberimkanlar, süni intellekt və kosmik sistemlər uğrunda qlobal rəqabət güclənir.

Silahlanma xərcləri və münaqişələr regional proseslərə, enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir edərək, terrorçuluq üçün əlverişli zəmin yaradır. Dünyanın istənilən regionundakı böhranlar qısa müddətdə qlobal təhlükəyə çevrilə bilər. Bakı Təhlükəsizlik Forumunda risklərin və təhdidlərin qarşılıqlı əlaqədə qiymətləndirilməsi isə ölkələrin daha hazırlıqlı olmasına xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident bugünkü müşavirədə hansı mesajları verdi? – Əsas məqamlar - FOTO

Prezident bugünkü müşavirədə hansı mesajları verdi? – Əsas məqamlar - FOTO

Türk Hava Yolları 8 aydır İrana uçuş həyata keçirmir

Türk Hava Yolları 8 aydır İrana uçuş həyata keçirmir

Ərdoğan: “Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq”

Ərdoğan: “Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq”

Tramp, Danimarka və Qrenlandiya arasında yeni təhlükəsizlik sazişi imzalandı - VİDEO

Tramp, Danimarka və Qrenlandiya arasında yeni təhlükəsizlik sazişi imzalandı - VİDEO

Almaniyada F-16 qırıcısı qəzaya uğradı - VİDEO

Almaniyada F-16 qırıcısı qəzaya uğradı - VİDEO

"Övladım yoxdur, mirasım onlara qalacaq"

"Övladım yoxdur, mirasım onlara qalacaq"

Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama: “Daha tez başa çatacaq”

Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama: “Daha tez başa çatacaq”

Bakıda bütün universitetlər distant təhsilə keçir - RƏSMİ

Bakıda bütün universitetlər distant təhsilə keçir - RƏSMİ

DİN-də işləmək istəyənlər üçün VAKANSİYA

DİN-də işləmək istəyənlər üçün VAKANSİYA

100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı

100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı

Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn olacaq

Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn olacaq

Tramp BMT-də İlham Əliyevdən SİTAT gətirdi

Tramp BMT-də İlham Əliyevdən SİTAT gətirdi

PAYIZ Azərbaycana bu gecə daxil olacaq

PAYIZ Azərbaycana bu gecə daxil olacaq

Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ

Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ

İran aviaşirkətlərinin Azərbaycana uçuşları bu gündən dayandırılır – RƏSMİ

İran aviaşirkətlərinin Azərbaycana uçuşları bu gündən dayandırılır – RƏSMİ

Ceyhun Bayramov BMT Baş Assambleyasının Ümumi Debatlarına qatılıb - FOTO

Ceyhun Bayramov BMT Baş Assambleyasının Ümumi Debatlarına qatılıb - FOTO

Azərbaycanda bu futbol klubu ləğv edildi

Azərbaycanda bu futbol klubu ləğv edildi

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

İran Hörmüz boğazını AÇA BİLƏR

İran Hörmüz boğazını AÇA BİLƏR

Quterreş: “Heç bir dövlətin “super gücə” malik olmadığı aydın görünür”

Quterreş: “Heç bir dövlətin “super gücə” malik olmadığı aydın görünür”

Azərbaycan Tsxinvalidəki qondarma "seçkilər"i tanımadı – XİN-dən BƏYANAT

Azərbaycan Tsxinvalidəki qondarma "seçkilər"i tanımadı – XİN-dən BƏYANAT

Paşinyan Türkmənistana işgüzar səfər edəcək

Paşinyan Türkmənistana işgüzar səfər edəcək

Qarşıdakı günlərdə maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Qarşıdakı günlərdə maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

“28 May” - “İçərişəhər” xəttində yeni nəsil qatarların sayı niyə azdır?

“28 May” - “İçərişəhər” xəttində yeni nəsil qatarların sayı niyə azdır?

End of content

No more pages to load

RADİO