Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ liderinin xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşnerlə geniş tərkibli müzakirələrdən və mətbuat konfransından sonra təkbətək formatda danışıqlar aparıb.
Bizim.Media xəbər verir ki, dövlət başçısı amerikalı rəsmilərə səfərlərinə görə təşəkkür edib və bir neçə raunddan ibarət olan dialoqun faydalı keçdiyini vurğulayıb.
"Əsas məqsədimiz Ukrayna üçün layiq olan, etibarlı və uzunmüddətli sülhə nail olmaqdır. Bütün səylərimizi məhz buna yönəltmişik", – deyə Zelenski bildirib.
Bizim.Media