Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçilərinin Kiyevə səfərinin real nəticələr verdiyini və bunun ölkənin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını bildirib: "Onlar boşuna gəlməyiblər".
Bizim.Media xəbər verir ki, dövlət başçısının sözlərinə görə, ABŞ gələn il "Patriot" zenit-raket kompleksləri üçün raketlərin istehsalını artıracaq.
Bu qərar fonunda Kiyev rəsmiləri Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün əlavə "Patriot" sistemləri alacağına ümid edirlər.
Bizim.Media