ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri - Kuşner və Uitkofun Kİyevə gəlişi və hava həyəcanının olmaması fonunda yerli sakinlər kütləvi şəkildə supermarketlərə üz tutublar. Bu səbəbdən kassalarda nəhəng növbələr yaranıb.
Bizim.Media xəbər verir ki, ABŞ nümayəndələrinin səfəri və havada təhlükə siqnallarının qeydə alınmaması paytaxt sakinlərini bazarlıq etməyə sövq edib, nəticədə ticarət mərkəzlərində sıxlıq müşahidə olunub.
Oxşar vəziyyət digər şəhərlərdə də izlənilir: vətəndaşlar aktiv şəkildə şəkər tozu, un və duru yağ ehtiyatı toplamağa başlayıblar.
Bizim.Media