Rusiya ordusunun Kiyev vilayətinin Fastov rayonunda baş verən hücumdan sonra infrastruktur obyekti yanıb.
Bizim.Media xəbər verir ki, genişmiqyaslı yanğın, yüksək temperatur və güclü tüstülənmə səbəbindən yanğının söndürülməsinə Fövqəladə Hallar Dövlət Xidmətinin əlavə qüvvə və texnikası cəlb olunub.
Digər tərəfdən, Odessada ruslar həftə ərzində ikinci dəfə Rumıniya sərhədindəki "Orlovka" buraxılış məntəqəsinə zərbə endiriblər.
Hücum səbəbindən insanların və nəqliyyatın keçidi müvəqqəti olaraq dayandırılıb.



Bizim.Media