Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi- 24 il sonra evə döndü… - Fotolar

19 yaşında anası ilə alış-verişə çıxan Hitomi Soqanın həyatı həmin gün əbədi dəyişib. Yaponiyanın Sado adasında evə qayıdarkən üç kişi ona və anasına hücum edərək onları qaçırıb. Gənc qadın sonradan öyrənib ki, Şimali Koreyadadır və qarşıdakı 24 ilini doğma ölkəsindən uzaqda keçirib.

“Qafqazinfo”nun xəbərinə görə, Soqa BBC-yə danışarkən həmin gecəni belə xatırlayıb: “Ağzımızı bir şeylər tutdular və başımıza torbaya bənzər bir şey keçirildi”.

Qaçırıldıqdan sonra Soqa əvvəlcə sahildən sürətli qayıqla, daha sonra isə böyük bir gəmi ilə Şimali Koreyaya aparılıb. O, anası ilə bir daha danışmaq imkanı əldə etməyib.

“Son sözlərimizi onunla bölüşə bilmədim”, – deyə Soqa bildirib.

Bir neçə gün sonra gözlərini açanda artıq Yaponiyada olmadığını anlayıb. O, 1970-1980-ci illərdə Şimali Koreya tərəfindən həyata keçirilən adam oğurluğu əməliyyatlarının qurbanlarından biri olub.

Bir fərziyyəyə görə, Şimali Koreya rəsmiləri qaçırılan şəxslərdən “canlı dərslik” kimi istifadə edərək casuslara ölkəyə göndərilməzdən əvvəl yapon dilini və mədəniyyətini, eləcə də yerli adət-ənənələri öyrətməyi planlaşdırırdılar.

Yaponiya 1977-1983-cü illər arasında ən azı 17 vətəndaşının Şimali Koreya tərəfindən qaçırıldığını müəyyən edib. Lakin real sayın daha çox ola biləcəyi ehtimal olunur.

Soqa ilk iki ilini hərbi kazarmada keçirib. Ailəsinin harada olduğunu bilməyən gənc qadın gecələr səmaya, Aya və ulduzlara baxaraq Yaponiyadakı yaxınlarını düşünüb və ağlayıb.

“Bütün bunların bir gün bitəcəyinə ümid edirdim. Bu ümid heç vaxt sönmədi”, – deyə o xatırlayıb.

1980-ci ildə Soqaya kazarmadan çıxmağa icazə verilib. Lakin azadlıq əvəzinə onu başqa bir məcburiyyət gözləyirdi: əvvəllər heç vaxt görmədiyi amerikalı ilə evlənmək.

Həmin şəxs 1965-ci ildə Şimali Koreyaya keçmiş ABŞ əsgəri Çarlz Robert Cenkins idi. Cenkins Vyetnam müharibəsində döyüşməkdən qorxduğu üçün Koreyalararası demilitarizasiya zonasını keçərək Şimali Koreyaya sığınmışdı.

Şimali Koreya rejimi üçün yapon qadınla amerikalı əsgərin evliliyi həm siyasi, həm də təbliğat baxımından əlverişli idi.

Soqa həmin günləri xatırlayarkən deyib ki, evliliklə bağlı heç bir seçim imkanı olmayıb.

“İlk tanış olduğumuz günü xatırlayıram. Çox yağışlı bir gün idi və özümü son dərəcə narahat və əsəbi hiss edirdim”, – deyə o bildirib.

Lakin zaman keçdikcə münasibətləri dəyişib. Cütlüyün iki qızı dünyaya gəlib.

“Əslində, hər şey zamanla təbii şəkildə formalaşdı. Mənim üçün ən xoşbəxt an uşaqlarımızın doğulduğu vaxt idi. O, qızlarımıza çox mehriban idi və onlara səmimi qayğı göstərirdi. Onun ən çox sevdiyim xüsusiyyəti də bu idi”, – Soqa deyib.

Soqanın həyatı 2002-ci ildə Şimali Koreya lideri Kim Çen İrin Yaponiya ilə keçirilən sammit zamanı ölkəsinin yapon vətəndaşlarını qaçırdığını etiraf etməsi ilə yenidən dəyişib.

Şimali Koreya 17 yapon vətəndaşından 13-nün qaçırıldığını təsdiqləyib və onların yalnız beşinin sağ olduğunu bildirib. Lakin Soqanın anası Miyoşinin taleyi ilə bağlı heç bir açıqlama verilməyib.

Soqaya qısa müddətlik Yaponiyaya qayıtmaq imkanı yaradılıb. O isə ölkəsinə qayıtdıqdan sonra bir daha Şimali Koreyaya getməmək qərarına gəlib.

“Düşünə bildiyim tək şey Yaponiyadakı ailəmi görmək idi. Bəlkə də, anamı da yenidən görə bilərdim”, – deyə Soqa bildirib.

O, Yaponiyada atası və bacısı ilə görüşüb. Lakin ərindən və qızlarından ayrı qalmaq məcburiyyətində olub.

Çarlz Cenkins Yaponiyaya gələrsə, ABŞ ordusu tərəfindən həbs olunacağından qorxub. Lakin uzun danışıqlardan sonra o, ABŞ-yə qarşı fərarilik və düşmənə yardım etməkdə günahını etiraf edib.

30 günlük həbs cəzasının 25 gününü çəkdikdən sonra Cenkinsə ailəsi ilə birlikdə Yaponiyada yaşamağa icazə verilib. 2004-cü ildə ailə Soqanın doğulduğu Sado adasına köçüb.

Cenkins 2017-ci ildə Yaponiyada vəfat edib.

Həyatının 24 ilini Şimali Koreyada keçirən Soqa ərinin ölümündən sonra enerjisinin böyük hissəsini Şimali Koreya tərəfindən qaçırılan digər yapon vətəndaşlarının geri qaytarılması kampaniyasına həsr edib.

Onun ən böyük arzusu isə hələ də dəyişməyib: anası Miyoşinin taleyini öyrənmək.

Soqa Şimali Koreyada hələ də əsirlikdə olduğu ehtimal edilən insanlar üçün “hər günün vacib olduğunu” deyir və mübarizəsini davam etdirir.

O, anasının harada olmasından asılı olmayaraq, onun da ümidini qoruduğuna inanır: “Məncə belə deyərdi: “Əgər o, mübarizə aparır və heç vaxt təslim olmursa, mən də eyni şeyi edəcəyəm”.(qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” – VİDEO

“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” – VİDEO

İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

Bu kənd 30 il əvvəl tərk edildi, amma sabah dünyanın gözü onda olacaq– Video

Bu kənd 30 il əvvəl tərk edildi, amma sabah dünyanın gözü onda olacaq– Video

Aǧcabədidə yanğın törədən şəxs TUTULDU

Aǧcabədidə yanğın törədən şəxs TUTULDU

İranla sərhəddə ƏMƏLİYYAT: 35 kq narkotik keçirmək istədilər –FOTO

İranla sərhəddə ƏMƏLİYYAT: 35 kq narkotik keçirmək istədilər –FOTO

“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama

“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama

Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib

Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib

Natalya Trubnikova dünyasını dəyişdi – FOTO

Natalya Trubnikova dünyasını dəyişdi – FOTO

Özü qolf oynadı, raketlər onu qorudu – Video

Özü qolf oynadı, raketlər onu qorudu – Video

Ali Məhkəmədən podrat müqavilələri ilə bağlı QƏRAR

Ali Məhkəmədən podrat müqavilələri ilə bağlı QƏRAR

Evlənəndə deyil, ayrılanda YADA DÜŞÜR – Boşanmalarla bağlı YENİ QAYDA GÜNDƏMDƏ

Evlənəndə deyil, ayrılanda YADA DÜŞÜR – Boşanmalarla bağlı YENİ QAYDA GÜNDƏMDƏ

Müctəba Xameneinin vəziyyətini – Açıqladı

Müctəba Xameneinin vəziyyətini – Açıqladı

Zibil hesab edilən 500 min ton qabıq 20 il sonra möcüzə yaratdı

Zibil hesab edilən 500 min ton qabıq 20 il sonra möcüzə yaratdı

Hava limanı yolundakı yeni qurğular sürət ölçür? – RƏSMİ AÇIQLAMA

Hava limanı yolundakı yeni qurğular sürət ölçür? – RƏSMİ AÇIQLAMA

Rusiyanın iri neft emalı zavodlarından birinə PUA hücumu: Yanğın oldu – VİDEO

Rusiyanın iri neft emalı zavodlarından birinə PUA hücumu: Yanğın oldu – VİDEO

Saatlıda yanğın törədən şəxs SAXLANILDI

Saatlıda yanğın törədən şəxs SAXLANILDI

Azərbaycan XİN Çadı təbrik etdi – FOTO

Azərbaycan XİN Çadı təbrik etdi – FOTO

Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi- 24 il sonra evə döndü… - Fotolar

Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi- 24 il sonra evə döndü… - Fotolar

Ukrayna Voronejdəki "Wildberries" anbarını yenə vurdu: Ölən və yaralılar var – VİDEO

Ukrayna Voronejdəki "Wildberries" anbarını yenə vurdu: Ölən və yaralılar var – VİDEO

Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır

Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır

Aeroport yolunda yeni radar quraşdırıldı- Arxadan çəkir – Video

Aeroport yolunda yeni radar quraşdırıldı- Arxadan çəkir – Video

Bu şəxslərə kredit verilməyə bilər — Açıqlama

Bu şəxslərə kredit verilməyə bilər — Açıqlama

Dünya okeanları rekord səviyyədə isindi: Planeti nə gözləyir?

Dünya okeanları rekord səviyyədə isindi: Planeti nə gözləyir?

Rusiyadan Zaporojyeyə kütləvi HÜCUM: Ölənlər var – VİDEO

Rusiyadan Zaporojyeyə kütləvi HÜCUM: Ölənlər var – VİDEO

End of content

No more pages to load

RADİO