Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəis müavini Vadim Skibitskinin sözlərinə görə, Rusiya apreldən etibarən “Kinjal” hipersəs raketlərinin istehsalını dayandırıb.
Bizim.Media xəbər verir ki Skibitski “RBK-Ukrayna”ya müsahibəsində bildirib ki, Rusiya daha effektiv hesab etdiyi digər raketlərin istehsalını artırmaq üçün “Kinjal”ların buraxılışını dayandırıb.
Nəticədə raket yanacağı artıq “Kinjal”lar üçün deyil, digər ballistik raketlərin istehsalında istifadə olunur.
QUR-un məlumatına görə, rusiyalılar “Kinjal” raketlərini dəqiqlik problemlərinə görə yenidən təkmilləşdirməyə göndəriblər.
“Bu raketin hədəfə dəqiq dəydiyi hadisəni xatırlamaq çətindir. Effektiv raket üçün hədəfdən yayınma 5-7 metrdən çox olmamalıdır. Onlarda isə bu göstərici 30 metr və daha çoxdur”, — Skibitski bildirib.
Bizim.Media