Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə sıx əməkdaşlıq edən Kanada Siqh Federasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Moninder Singh Bualın beynəlxalq təşkilatlara ünvanladığı müraciət və təqdim etdiyi rəsmi sənədlər, habelə onun və ailəsinin həyatına yönəlmiş birbaşa sui-qəsd planları və transmilli repressiya faktları beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub.

BTQ-dən Bizim.Media-ya verilən xəbərə görə, yenicə ictimaiyyətə açıqlanan BMT Xüsusi məruzəçilərinin hesabatına əsasən, Moninder Singh Bual siqhlərin öz müqəddəratını təyin etmə hüquqlarını beynəlxalq platformalarda müdafiə etdiyi üçün 2022-ci ildən bəri Kanada təhlükəsizlik orqanlarından rəsmi olaraq dörd dəfə "ölüm təhlükəsi barədə xəbərdarlıq" alıb.
 

Sonuncu dördüncü rəsmi bildiriş 22 fevral 2026-cı ildə birbaşa onun evinə təqdim edilmiş və Kanada kəşfiyyat orqanlarının kifayət qədər ciddi qiymətləndirdiyi bu sui-qəsd planlarında ilk dəfə olaraq təkcə fəalın özü deyil, onun həyat yoldaşı və iki azyaşlı övladı da birbaşa hədəf olaraq göstərilib.


Hesabata əsasən, bu gizli sui-qəsd cəhdi, Hindistan dövlətinin BMT xüsusi mexanizmləri ilə əməkdaşlıq edən dissidentləri və hüquq müdafiəçilərini istənilən coğrafiyada fiziki olaraq məhv etmək strategiyasının bariz nümunəsidir və fəalın BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə yola düşməsindən əvvəl olması təsadüfi xarakter daşımır.

Yaranmış kritik vəziyyətlə bağlı BMT-nin insan hüquqları, terrorizmlə mübarizə, sərbəst toplaşmaq azadlığı və din azadlığı üzrə 5 xüsusi məruzəçisi və eksperti Kanada hökumətinə rəsmi etiraz və çağırış məktubu ünvanlayıb. BMT rəsmiləri Moninder Singh və ailəsinin üzləşdiyi təhlükəni birbaşa Hindistan hakimiyyətinin və kəşfiyyat orqanlarının xarici ölkələrdə həyata keçirdiyi qanunsuz transmilli repressiyanın, sifarişli qətllərin və intiqam tədbirlərinin bir hissəsi adlandırıblar.
 

Məktubda eyni xəbərdarlığı alan digər siqh fəalı Hardeep Singh Nijjarın 2023-cü ildə Kanada torpağında Hindistanın gizli agentləri və mütəşəkkil cinayətkar qrupları tərəfindən qətlə yetirilməsi xatırladılaraq, rəsmi Dehlinin suveren ölkələrin ərazisində həyata keçirdiyi dövlət terroruna qarşı Kanadanın davamlı sayıqlıq nümayiş etdirməməsindən ciddi narahatlıq ifadə olunub. Sənədlər sübut edir ki, Hindistan hökuməti öz daxilindəki etnik və dini azlıqların fundamental haqlarını boğmaqla kifayətlənməyərək, qərb ölkələrində yaşayan və fəaliyyət göstərən siqh fəallarını da qeyri-qanuni casusluq, şantaj və terror metodları ilə susdurmağa çalışır.


BMT ekspertlərinin rəsmi sənədinin tam mətni ictimaiyyətə açıqlandıqdan sonra dünya mətbuatının əsas gündəm mövzusuna çevrilib. Böyük Britaniyanın "The Guardian" qəzeti, eyni zamanda Kanadanın "CBC News", "Global News" və Britaniyanın "The Independent" kimi aparıcı media agentlikləri də mövzuya geniş yer ayıraraq, Hindistan kəşfiyyat şəbəkələrinin suveren dövlətlərin daxili təhlükəsizliyini pozmasını, siqh fəallarına qarşı Avropa və Şimali Amerikada gizli sui-qəsd və təhdid şəbəkələri qurmasını kəskin tənqid ediblər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə profilləri və saytı mütəmadi olaraq Hindistan mənşəli kiberhücumlara məruz qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

End of content

No more pages to load

RADİO