Çin ABŞ tərəfindən tətbiq edilən məhdudiyyətlərə cavab olaraq altı Amerika təşkilatına qarşı sanksiyalar elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Pekinin sanksiya siyahısına Applied DNA Sciences, Stratum Reservoir, Altana Technologies, Responsible Business Alliance, Verité Group və Human Rights in China təşkilatları daxil edilib.
Çin tərəfi bu addımı ABŞ-ın “məcburi əmək” ittihamları ilə əlaqədar tətbiq etdiyi məhdudiyyətlərə cavab kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ daha əvvəl Çini Sincan-Uyğur Muxtar Rayonunda uyğurların və digər müsəlman azlıqların məcburi əməyindən istifadə etməkdə ittiham edib.
Bizim.Media