Misirin Damietta limanında yanan mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərindən biri ABŞ-a məxsusdur.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Ambrey" şirkətinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı (PUA) ABŞ gəmisinə zərbə endirib, bundan sonra iki tanker alovlanıb.
Misirin "Al-Nahar" qəzeti yazır ki, yanğın Damietta limanı yaxınlığında bir neçə qazdaşıyan və quru yük gəmisində baş verib, hazırda dəymiş ziyan qiymətləndirilir.
Nəşrin məlumatına görə, mülki müdafiə qüvvələri və aidiyyəti qurumlar yanğınla mübarizəyə başlayıb, mütəxəssislər alovun terminalın digər hissələrinə yayılmasının qarşısını almağa çalışırlar. Yanğının söndürülməsinə Misirin Neft və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Bizim.Media