ABŞ Məxfi Xidməti Prezident Donald Trumpa qarşı təhdidlərin rekord səviyyəyə yüksəldiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə xidmətin nümayəndəsi bildirib.
"Hazırda mmüşahidə etdiyimiz vəziyyət indiyədək rastlaşdıqlarımızdan tamamilə fərqlidir", – deyə o, qeyd edib.
Onun sözlərinə görə, təhdidlər təkcə say baxımından artmayıb, həm də daha mürəkkəb xarakter alıb.
Bildirilib ki, son dövrlərdə mühafizə olunan şəxslərə qarşı təhdidlərdə şübhəli bilinən və psixi pozuntuları olan şəxslərin məcburi hospitalizasiya halları on dəfə artıb.
Açıqlama Vaşinqtonda cümə günü keçiriləcək Ağ Ev Jurnalistləri Assosiasiyasının illik şam yeməyi ərəfəsində səsləndirilib. Tədbirdə Donald Trampın da iştirak edəcəyi gözlənilir.

Bizim.Media