Amerikalı jurnalist Taker Karlson Qətərdə daşınmaz əmlakının olmadığını və indiyədək Qətərdən və ya başqa hər hansı dövlətdən maliyyə vəsaiti almadığını bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə açıqlamasında deyib.
Karlsonun sözlərinə görə, onun nə investorları, nə borcları, nə də bank kreditləri var. Bununla yanaşı, jurnalist Qətərə müsbət münasibət bəslədiyini etiraf edib.
O, həmçinin iddia edib ki, İsrailin baş naziri Benjamin Netanyahu vaxtilə Qətər hakimiyyətindən HƏMAS-a vəsait göndərilməsini xahiş edib, lakin hazırda İsrail Dohanı Fələstin hərəkatını dəstəkləməkdə ittiham edir.
"Bütün bunlar o qədər qeyri-səmimidir ki, bununla barışa bilmirəm", – deyə Karlson bildirib.
Bizim.Media