Rusiyanın Belqorod şəhərində nikah sarayının yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində yeni evlənən cütlük xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yerli hakimiyyət orqanları yayıb.
İlkin məlumata görə, hadisə nikah mərasimi keçirilən vaxt baş verib.
Bildirilir ki, bəy ayağından qəlpə yarası alıb. Gəlinin isə toy paltarı alışıb. Onun vəziyyətinin ağırlığı barədə hələlik məlumat verilməyib.
Hadisə nəticəsində daha bir kişi də ayağından qəlpə yarası alıb. Ona hadisə yerində tibbi yardım göstərilib, lakin hospitalizasiya olunmaqdan imtina edib.
Hücum zamanı iki avtomobilə də ziyan dəyib.


Bizim.Media