ABŞ yeni mərhələdə davam edən münaqişə dövründə ilk dəfə olaraq İrana qarşı zərbələr endirmək üçün B-1 strateji bombardmançısından istifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə qarşı B-1 bombardmançısının tətbiqi ABŞ-ın hərbi əməliyyatlarında nəzərəçarpacaq eskalasiya hesab olunur.
Məlumata əsasən, B-1 ABŞ arsenalındakı bombardmançılar arasında ən böyük döyüş yükünü daşımaq imkanına malikdir. Təyyarə 24 ədəd 2 min funtluq aviasiya bombası və ya onlarla qanadlı raket daşıya bilir.
Bildirilir ki, bombardmançı Böyük Britaniyadakı hərbi aviabazadan havaya qalxıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) B-1 bombardmançısından istifadə olunduğunu rəsmi şəkildə təsdiqləməsə də, İran ərazisinə yeni zərbələrin endirildiyini açıqlayıb.

Bizim.Media