Ən müasir texnologiyalardan və kəşfiyyat vasitələrindən istifadə edən ABŞ İranın fəaliyyətini davam etdirən raket istehsalı müəssisələrinin yerini müəyyən edə bilmir.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Şekarçi bəyan edib.
O bildirib ki, Amerika kəşfiyyatı onların harada olduğunu bilmir və mat qalıb.
Şekarçi həm də qeyd edib ki, İranda dron və raket istehsalı nə müharibə, nə də atəşkəs dövründə dayanmayıb.
Bizim.Media