Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində yerləşən "Xalino" hərbi aerodromuna zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində Rusiyaya məxsus MiQ-29 qırıcı təyyarəsi və "Pantsir-S1" zenit-raket-top kompleksi məhv edilib.
Hücumun Ukraynanın 15-ci Ayrı Artilleriya Kəşfiyyat Briqadası ("Qara Meşə") tərəfindən həyata keçirildiyi qeyd olunub.
Bizim.Media