20 yaşlı tələbənin təhsilini yarımçıq qoyaraq varlı şəxslə evlənmək və bir daha işləməmək istədiyini açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, qız bu fikirlərini Reddit platformasında paylaşıb.
O bildirib ki, əvvəllər karyera qurmaq və maliyyə müstəqilliyi əldə etmək istəyirdi, lakin sonradan həyatını rahat yaşamaq üçün varlı həyat yoldaşı tapmağın daha doğru seçim olduğuna qərar verib.
Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Bir çoxları maliyyə baxımından həyat yoldaşından tam asılı olmağın riskli olduğunu vurğulayıblar.
Bizim.Media