Rusiyalı teleaparıcı Vladimir Solovyov ölkə vətəndaşlarını mümkün təxliyəyə hazır olmağa çağırıb.
Bizim.Media xəbər verir ki, Solovyov payız və qış aylarında Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri artıracağını iddia edib.
Onun sözlərinə görə, bunun nəticəsində Rusiyanın bir sıra bölgələri ağır vəziyyətlə üzləşə bilər.
Teleaparıcı bildirib ki, belə şəraitdə 200-400 min nəfərin Volqaboyu, Ural və Uzaq Şərq regionlarına köçürülməsi məqsədəuyğun olar.
Bizim.Media