Amerikalı jurnalist Taker Karlson Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas haqqında sərt fikirlər səsləndirib.
Bizim.Media xəbər verir ki, Karlson diplomatlardan ibarət görüşlərin birində Kallasın çıxışını dinlədiyini bildirib.
Onun sözlərinə görə, zalda olanlar Kallasın çıxışından sonra təəccüb və narazılıqlarını gizlədə bilməyiblər.
"Kallasın kifayət qədər məlumatlı olmadığını və çox infantil davrandığını gördüm. Onun çıxışı mənasız və ümumiləşdirilmiş mülahizələrdən ibarət idi", – deyə Karlson bildirib.
Jurnalist, həmçinin Avropa İttifaqı kimi bir qurumun belə bir şəxsi rəhbər vəzifəyə irəli sürməsini anlamadığını qeyd edib.
Bizim.Media