Hindistanın paytaxtı Yeni Dehlidə imtahan materiallarının sızdırılmasına etiraz olaraq keçirilən aksiyalar kütləvi iğtişaşlarla müşayiət olunub.
Bizim.Media xəbər verir ki, etirazçılar təhsil naziri Dharmendra Pradhanın istefasını tələb edərək hökuməti imtahan suallarının mütəmadi sızmasının qarşısını ala bilməməkdə ittiham ediblər.
Məlumata görə, iğtişaşlar zamanı nümayişçilər polis əməkdaşlarına hücum ediblər.
İlkin məlumata əsasən, hadisələr nəticəsində polis və təhlükəsizlik qüvvələrinin 50-dən çox əməkdaşı xəsarət alıb.
Bizim.Media