Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri işğal altındakı ərazilərdə daha 19 enerji obyektinin pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") məlumat verib.
Onun sözlərinə görə, zərbələr əsasən Krımdakı, eləcə də Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində yerləşən elektrik yarımstansiyalarına endirilib.
Robert Brovdi bildirib ki, iyulun 1-dən indiyədək Ukrayna PUA-ları işğal altındakı ərazilərdə ümumilikdə 104 enerji obyektini hədəfə alıb.
Bizim.Media