Gecə saatlarında Moskva istiqamətində təxminən 400 pilotsuz uçuş aparatı (PUA) göndərilib.
Bizim.Media xəbər verir ki, ilkin məlumata əsasən, Podolsk şəhərində Wildberries şirkətinin ən iri logistika mərkəzlərindən biri, eləcə də neft bazası zərbəyə məruz qalıb.
Bundan başqa, Domodedovoda yerləşən "Yujnıye Vorota" sənaye parkında yanğın baş verdiyi bildirilir.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik ətraflı məlumat yaymayıblar.
Bizim.Media