Kayl Baylin (fotoda solda) və Ceremi Morrison 1988-ci ildə ABŞ-da, Şimali Dakotadakı bir xəstəxanada eyni gündə doğulublar, lakin hər ikisini başqa ailələr evinə aparıb. Onilliklər ərzində heç kimin bundan şübhəsi olmayıb.
Bizim.Media xəbər verir ki, hər şey Kayla Milad bayramında hədiyyə edilən ev şəraitində istifadə oluna bilən DNT testi nəticəsində ortaya çıxıb.
Testin nəticələri onu bioloji qohumlarına yönəldib, sonrakı yoxlamalar isə inanılmaz faktı təsdiqləyib: kişilər doğulduqdan sonra dəyişik salınıblar.
Yalnız indi həmin şəxslər xəstəxananı məhkəməyə veriblər və öz bioloji ailələri ilə tanış olmağa başlayıblar. Bununla yanaşı, onlar hələlik şəxsən görüşməyiblər, yalnız telefonla danışıblar.
Bizim.Media