İsrail ordusuna məxsus beş zirehli texnika Suriyanın cənubundakı Quneytra vilayətinin Əş-Şərqiyyə yaşayış məntəqəsinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Suriyanın dövlət informasiya agentliyi SANA yayıb.
Məlumata görə, İsrail hərbçiləri yaşayış məntəqəsində müvəqqəti nəzarət-keçid məntəqəsi qurub və yerli sakinlər arasında axtarış aparıblar.
Suriya hakimiyyəti əməliyyatı pisləyərək İsrail qoşunlarının ölkə ərazisindən çıxarılmasına çağırış edib.
Bizim.Media