İşğal altındakı Krımda mobil rabitədə yaranan problemlər səbəbindən taksofonların quraşdırılmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, işğalçı administrasiya stasionar telefonların mobil rabitədə fasilələr yarandığı vaxt fövqəladə xidmətləri çağırmaq üçün zəruri olduğunu bildirib.
İlk taksofonlar artıq Canköy və Yevpatoriya şəhərlərində quraşdırılıb.

Bizim.Media