İyulun 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin (PSK) bölmələri Rusiyanın «kölgə donanması» ilə əlaqəli olan 4 gəmini — 2 tanker, bir yük gəmisi və bir üzən kranı vurub.
Bizim.Media xəbər verir ki, bu barədə PSK komandiri Robert Brovdi («Madyar») bildirib.
Onun sözlərinə görə, ümumilikdə iyulun 1-dən bəri Azov və Qara dəniz akvatoriyalarında 176 gəmi vurulub.
İyulun 18-də Brovdi Rusiyanın «kölgə donanması» ilə əlaqəli 13 gəminin vurulduğunu açıqlamışdı. Onlardan 12-si Qara dənizdə, 1-i isə Azov dənizində olub.
Bizim.Media