Taylandın şimal-şərqində keçirilən yürüş zamanı səkkiz Buddist rahibi öldürülüb, 10-dan çox insan yaralanıb. Onları valideynlərinin pikapını idarə edən 11 yaşlı oğlan vurub.
Bizim.Media xəbər verir ki, faciə Banqkokdan təxminən 600 kilometr aralıda yerləşən Mukdahan əyalətində baş verib.
35 rahibdən ibarət qrup Ubon Ratçatani əyalətinə 260 kilometrlik ziyarətə yola düşüblər. Lakin səyahətin 30 dəqiqəsində pikap onları vurub.
Polisin məlumatına görə, oğlan valideynlərinin avtomobilini icazəsiz götürüb, idarəetməni itirib və yoldan çıxıb. CCTV kameraları toqquşma zamanı rahiblərin yolun kənarında sütun şəklində hərəkət etdiyini qeydə alıb.
Beş nəfər dərhal ölüb, daha üç nəfər isə xəstəxanada ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobili müayinə üçün müsadirə edib və qəzanın səbəblərini araşdırırlar. Oğlan saxlanılıb və uşaqların müdafiəsi üzrə məmurlar tərəfindən dindiriləcək.
Polis həmçinin valideynlərin uşağın avtomobilə daxil olmasına icazə verməsi ilə bağlı məsuliyyətini araşdırır.
Mukdahan Xəstəxanası yerli sakinlərə qurbanlara kömək etmək üçün təcili olaraq qan verməyə çağırıb.
Surxay Atakişiyev, Bizim.Media