Şəhərlərin təhlükəsizlik səviyyəsini əks etdirən yenilənmiş Safety Index reytinqi dərc olunub. Reytinq cinayətkarlıq səviyyəsi, terror riski, korrupsiya və ümumi ictimai sabitlik kimi meyarlar əsasında hazırlanıb.
Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, siyahıda ilk sıraları Birləşmiş Ərəb Əmirliklərinin şəhərləri tutur.
Reytinqə 88,8 balla Əcman başçılıq edir. Sonrakı pillələrdə 88,6 balla Əbu-Dabi, 85,4 balla Ras əl-Xeymə və 84,7 balla Şarca qərarlaşıb. İlk beşliyi isə 84,6 balla Qətərin paytaxtı Doha tamamlayır. BƏƏ-nin Dubay şəhəri 83,8 balla altıncı yerdə qərarlaşıb.
Yüksək təhlükəsizlik göstəricilərinə malik digər şəhərlər sırasında Tayvanın paytaxtı Taybey (83,4 bal), Omanın paytaxtı Maskat (81,4 bal) və Niderlandın Haaqa şəhəri (78,9 bal) da yer alıb.
Ən aşağı təhlükəsizlik göstəricilərinə malik şəhərlərin böyük hissəsi isə Cənubi Afrika Respublikasında yerləşir. Siyahının son sıralarında 18,3 balla Pretoriya, 18,5 balla Venesuelanın paytaxtı Karakas, 18,7 balla Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbi, həmçinin CAR-ın Pitermaritsburq (18,7 bal) və Yohannesburq (19,2 bal) şəhərləri qərarlaşıb.
Bizim.Media