Rusiyanın Moskva vilayətinin Kotelniki şəhərində elektrik yarımstansiyasında güclü yanğın baş verib. Hadisə nəticəsində şəhərdə kütləvi elektrik kəsintisi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Mosoblpojspas" (Moskva Vilayət Qəza-Xilasetmə Xidməti) məlumat yayıb.
Yanğının başvermə səbəbləri barədə hələlik rəsmi məlumat verilmir.
Hazırda hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub və qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.


Bizim.Media