Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışan Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter"də paylaşım edib.
Bizim.Media xəbər verir ki, Ərdoğana göstərdikləri dəstəyə görə təşəkkür edib.
“Güclü dəstəyə görə dostum, cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edirəm. Qara dənizə Rusiya hərbi gəmilərinin keçməsinə qadağa qoyulması və əhəmiyyətli hərbi və humanitar yardımlar bu gün son dərəcə vacibdir. Xalqımız bunu heç vaxt unutmayacaq!”, - deyə V.Zelenski qeyd edib.
Bizim.Media
