Ukrayna Prezident Aparatının rəhbəri Budanov “Polşa qarşısında xidmətlərə görə” ordenindən imtina edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında məlumat verib. Bu, Varşavanın Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsindən sonra baş verib.
Qeyd edək ki, dünən xarici işlər naziri Andrey Sibiqa da ordeni sözügedən qəbul etməkdən imtina edib.
Xatırladaq ki, iyunun 19-da Polşa prezidenti Karol Navrotski Volodimir Zelenskini ölkənin ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib. Qərarın verilməsinə səbəb Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi olub.
Bizim.Media