Papa Fransisk protokoldan kənara çıxaraq bu gün Rusiyanın Müqəddəs Taxt-tacdakı səfirliyinə baş çəkib.
Bizim.Media xəbər verir ki, o, səfir Aleksandr Avdeyevlə görüşüb və Ukraynadakı müharibə ilə bağlı narahatlığını bildirib.
Qeyd edək ki, protokola uyğun olaraq Roma Papası hətta dövlət başçılarını Vatikanda qəbul edir. Əgər Roma Papası səfirlə danışmaq istəsə, diplomat Vatikana çağırılır.
Bizim.Media