İsrailin baş naziri Naftali Bennet cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin Telegram kanalında yerləşdirilmiş mesajda deyilir.
Qeyd edilib ki, tərəflər Kiyev regionuna xüsusi diqqət yetirərək, Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bildirilir ki, Bennett Ukrayna liderinə “hər hansı humanitar yardım” təklif edib və “bu istiqamətdə artıq atılan addımlar” barədə məlumat verib.
Bizim.Media